Türkiyədə avtobus aşdı - 2 nəfər öldü, 15 yaralı var

 10:54 10.01.2023     221

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Trt Haber"ə istinadla xəbər verir ki, qəza Denizlinin Serinhisar rayonunda baş verib.

Belə ki, Serinhisar rayonunun girişində xidmət göstərən mikroavtobus buzlanma səbəbindən idarəetməni itirib və aşıb. Nəticədə 2 nəfər həyatını itirib, daha 15 sərnişin isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır və fəsadları aradan qaldırılır.

Həmidə İbrahimova