Müharibədə iştirak edən rus general qərargah rəisi təyin olundu
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahına yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, bu barədə RBK-ya Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat ötürüb.
Bildirilib ki, general-polkovnik Aleksandr Lapin qərargah rəisi təyin olunub.
Qeyd edək ki, A.Lapin 1964-cü ildə Kazan şəhərində dünyaya gəlib. O, general-polkovnik rütbəsini 2019-cu ildə alıb. A.Lapin Rusiya-Ukrayna müharibəsində iştirak edir.