Türkiyədə 5 bal gücündə zəlzələ oldu

 12:13 10.01.2023     273

Türkiyədə Egey dənizində 5 bal gücündə zəlzələ olub.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 10:38-də baş verən zəlzələ İzmir, Çanakkala və Balıkəsir vilayətlərində hiss edilib.

Zəlzələnin episentri Egey dənizindəki Midilli adasında, yerin 14,95 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və itkilər barədə məlumat yoxdur.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən