Bu ölkədə quş qripinə görə məhv edilən toyuqların sayı 10 milyona ÇATIR

 14:38 10.01.2023     139

Yaponiyada quş qripinə yoluxma səbəbi ilə məhv edilən toyuqların sayı 10 milyona çatır. 

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, 2022-ci ilin oktyabrından sonra quş qripi bütün Yaponiyada sürətlə yayılmağa başlayıb. 

Məlumata görə, bu göstəricilər quş qripi səbəbindən bir mövsümdə məhv edilən ən çox heyvan sayıdır. 

Bundan əlavə, paytaxt Tokionun şimalında yerləşən bir fermada 930 min yumurta verən toyuqun kəsiləcəyi bildirilib.

Xatırladaq ki, Yaponiyada 47 əyalətdən 23-də quş qripinə yoluxma halı aşkarlanıb. 

Nərmin VÜQARQIZI