KTMT Ermənistanın əvəzinə bu ərazilərdə təlimlər keçirəcək

KTMT Ermənistanın əvəzinə təşkilata üzv olan digər dövlətlərin ərazisində təlimlərin keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflər hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahı məlumat yayıb.
Bildirilib ki, KTMT Ermənistan Müdafiə Nazirliyindən qurumun 2023-cü ildə respublika ərazisində planlaşdırılan təlimlərin məqsədəuyğun olmaması barədə məlumat alıb.