Şahzadə Harrinin mübahisəli kitabı satışa çıxarıldı
Şahzadə Harrinin “Spare” kitabı rəsmi olaraq satışa çıxarılıb.
Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, kitabda şahzadə digər məsələlərlə yanaşı, onun və həyat yoldaşı Meqan Marklın kral ailəsinin digər üzvləri ilə ünsiyyətdə olarkən necə əziyyət çəkdiyini ətraflı təsvir edib.
Eyni zamanda, kitabda Harrinin həyatı, qardaşı Uilyam (hazırkı Britaniya vəliəhdi) ilə münasibətləri haqqında təfərrüatlar var.
Kitab Britaniya mediasının əsas mövzularından birinə çevrilib və ehtimal ki, kral ailəsinin narazılığına səbəb olub.
Digər bir məlumata görə isə, Şahzadə Harri mayın 6-da III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək.
Həmidə İbrahimova