“Nüvə qalxanı ərazi bütövlüyümüzün əsas təminatçısı olub və belə də qalır” - Şoyqu
Rusiya Silahlı Qüvvələri zərbə silahlarının arsenalını genişləndirəcək.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə yanvarın 10-da müdafiə naziri Sergey Şoyqu tematik konfransda bildirib.
Onun sözlərinə görə, bu, yaxın vaxtlarda baş verəcək. O, həmçinin bəyan edib ki, Rusiya nüvə triadasını inkişaf etdirməyə və döyüş hazırlığını qorumağa davam edəcək.
“Nüvə qalxanı dövlətimizin suverenliyi və ərazi bütövlüyünün əsas təminatçısı olub və belə də qalır”, - Şoyqu bildirib.
Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələrinin döyüş qabiliyyətini, o cümlədən müasir hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsində qırıcı və bombardmançı təyyarələrin fəaliyyətini artıracaq. Xidmətdə olan PUA-lar da təkmilləşdiriləcək.
Nərmin VÜQARQIZI