Ukraynaya yardım NATO və Aİ-nin hərbi ehtiyatlarını tükəndirib - Stoltenberq

 15:26 10.01.2023     263

Ukraynaya yardım NATO və Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi ehtiyatlarını tükəndirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq blok və Aİ arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra keçirilən mətbuat konfransında bildirib.

"NATO müttəfiqləri və Aİ üzvləri Ukraynaya yardım göstərməklə ehtiyatlarını tükəndirdilər. Amma bu, düzgün qərar idi. Bu, bizim təhlükəsizliyimizlə bağlıdır, ona görə də biz Kiyevə kömək etmək üçün öz imkanlarımıza, ehtiyatlarımıza və sursatlarımıza müraciət etməliyik", - o deyib.

Stoltenberq əlavə edib ki, NATO və Aİ silah istehsalını artırmaq üçün səyləri əlaqələndirirlər.

Turan İSMAYIL