XİN rəhbərləri dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə etdi

 18:43 10.01.2023     399

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu telefon danışığı zamanı finlandiyalı və polşalı həmkarları Pekka Haavisto və Zbiqnev Rau ilə Ukraynaya yardım variantlarını, o cümlədən dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri öz Tviter hesabında yazıb.

"Bu gün mən Zbiqnev Rau və Pekka Haavisto ilə Ukraynaya gələcək dəstək, o cümlədən dondurulmuş Rusiya aktivlərindən yardım üçün istifadə yolunu tapmaq barədə danışdım. Biz həmçinin Rusiyanın münaqişəni maliyyələşdirməsini dayandırmaq və onun məsuliyyətə cəlb olunmasını təmin etmək üçün neft qiymətlərini məhdudlaşdırmalıyıq", - Reinsalu yazıb.

Qeyd edək ki, dekabrın əvvəlində Estoniyanın Baş naziri Kaja Kallas bildirmişdi ki, Aİ-yə üzv dövlətlər “Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı” işi davam etdirməlidirlər. Estoniyanın çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı hesab edir ki, ölkədəki Rusiyaya məxsus hesablardakı dondurulmuş vəsaitlər təxminən 20 milyon avro təşkil edir.

Turan İSMAYIL