İranda fabrik yandı - Ölənlər var

İranın şimal-qərbində müəssisədə yanğın olub, ölənlər və yaralananlar var.
Redaktor.az İran mətbuatına istinadən xəbər verir ki, Əlborz şəhərində fabrikdə baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb.
Daha 3 nəfərin xəsarət aldığı bildirilir.
Yanğının nədən baş verdiyi barədə məlumat verilmir. Hadisənin digər təfərrüatları araşdırılır.