Türkiyə Zelenskinin sülh planını dəstəklədi
Türkiyə Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh planını dəstəkləyir.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN başçısı bildirib ki, Türkiyə Ukrayna və Rusiya arasında dialoqun qurulması üçün səy göstərir.
“Məqsədimiz davamlı sülh və qarşılıqlı məqbul həll yoludur. İnanırıq ki, müharibə danışıqlar masası arxasında bitəcək. Nə qədər tez olsa, o qədər yaxşıdır”, - deyə Çavuşoğlu vurğulayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 10 bəndlik sülh planı təklif edib.