Ukrayna Ordusu Kiyev vilayətinin şimalını minalayır
Ukrayna Silahlı Qüvvələrinin mühəndis və istehkamçı hissələri yolları, meşə zolaqlarını, elektrik xətlərini və tankların hərəkət edə biləcəyi digər yerləri minalayır.
Redaktor.az xəbər verir ki, bu barədə qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının müavini Oleksandr Pavlyuk teleqramda yazıb.
Onun sözlərinə görə, rusiyalıların yenidən Kiyevə hücuma cəhd edəcəyi halda maneələr yaradılır.
Qeyd edək ki, fevralın 25-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinə hücumu aprelin 2-də işğalçı qüvvələrin ağır məğlubiyyəti və geri çəkilməsi ilə başa çatıb. Hazırda vilayət Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.