Rusiya, Türkiyə və Ukrayna ombudsmanları razılığa gəldilər

 11:30 11.01.2023     253

Rusiya, Türkiyə və Ukrayna ombudsmanları Moskva ilə Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu təkliflə Türkiyənin ombudsmanı Şeref Malkoç çıxış edib.

Bildirilib ki, rəsmi Ankara Moskva ilə Kiyev arasında vasitəçilik etmək və Ukraynada döyüşlərdən zərər çəkən uşaqlar, qadınlar və yaralılara yardım göstərmək istəyir.

“Bu mexanizm qurularsa, on minlərlə uşaq Türkiyə vasitəsilə təhlükəsiz şəkildə ailələrinə qovuşacaq”, - deyə Malkoç vurğulayıb:

“Bizim taxıl dəhlizindən sonra ailələrin, qadınların, uşaqların və yaralıların qovuşması üçün dəhliz açmaq niyyətimiz var”.

Bundan əvvəl Rusiyada insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova Ukraynanın ombudsmanı Dmitri Lubinets ilə görüşmüş, iki ölkə vətəndaşlarına humanitar yardımın göstərilməsi məsələləri müzakirə olunmuşdu.