Ermənistanda “Daşnaksütyun” Partiyası üzvlərinin evlərində axtarış aparılır

 11:47 11.01.2023     249

İrəvan şəhərində və Verdibasar bölgəsində (Ararat) “Daşnaksütyun” Partiyasının üzvlərinin evlərində axtarış aparılır.

Redaktor.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyan bildirib.

Onun sözlərinə görə, saxlanılanlar barədə hələlik məlumat yoxdur. O bildirib ki, bütün bunlar siyasi məqsədli növbəti qanunsuz hərəkətlərdir.

“Daşnaksütyun” Partiyasının fəalı Qerasim Vardanyanın vəkili Benik Qalstyan isə deyib ki, onun müdafiə etdiyi şəxsin Qəmərli rayonundakı (Artaşat) evində də axtarış aparılır.

Vəkil bildirib ki, Q.Vardanyan dindirilməyə dəvət olunub.