Donetskdə Ukraynanın qırıcı təyyarəsi vuruldu

Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarəsi Ukraynaya məxsus Su-27 təyyarəsini vurub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri "Donetsk Xalq Respublikası"nın Popov Yar kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub”, - deyə o, Ukraynadakı müharibə ilə bağlı brifinqdə deyib.
Turan İSMAYIL