Seyran Ohanyan MTX-da şahid qismində dindirildi
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Milli Təhlükəsizlik Xidmətində şahid qismində dindirilib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "news.am"a müsahibəsində deyib.
“Böyük bir təşkilata rəhbərlik etmişəm. Bu səbəbdən bəzi suallar yaranır. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün məni şahid kimi dəvət ediblər”, - deyən Seyran Ohanyan istintaqın məxfiliyinə görə başqa təfərrüatları açıqlamayıb.
Nərmin VÜQARQIZI