İlon Mask itirdiyi sərvətlə "Ginnesin Rekordlar Kitabı"na düşdü
Dünyanın ən zəngin iş adamlarından biri, “SpaceX” şirkətinin təsisçisi İlon Mask itirdiyi sərvətlə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, 2021-ci ildən bəri təxminən 200 milyard dollar itirən Mask Ginnes tərəfindən "tarixdə şəxsi sərvətini ən çox itirən şəxs" elan edilib.
Təxminlərə görə, Maskın sərvəti 2021-ci ilin noyabrında zirvəyə çataraq 340 milyard dollar təşkil edib.
Lakin Tesla səhmləri keçən il kəskin şəkildə orta hesabla 65 faiz aşağı düşüb. Bu azalma Maskın 2022-ci ilin oktyabrında Tviteri satın almasından sonra sürətlənib.
Məlumata görə, İlon Mask da bu səbəblərdən dünyanın ən varlı adamı titulunu itirib.
Son hesablamalara görə, Maskın sərvəti hazırda 144 milyard dollar civarındadır.
Həmidə İbrahimova