Rusiya, Ukrayna və Türkiyə rəsmiləri Ankarada görüşdü
Rusiya, Ukrayna, Türkiyənin insan hüquqları üzrə müvəkkilləri Ankarada üçtərəfli görüş keçirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, görüşdə Tatyana Moskalkova, Dmitri Lubinets və Şeref Malkoç iştirak edib.
Məlumata görə, Moskalkova daha əvvəl Lubinets ilə görüşüb.
Ş. Malkoçun sözlərinə görə, üçtərəfli danışıqlarda Ukrayna böhranından əziyyət çəkən insanlara yardım göstərmək və ailələrin birləşməsinə kömək etmək üçün humanitar dəhliz yaradılmasına diqqət yetiriləcək.
Nərmin VÜQARQIZI