Zelenski Lvova getdi - VİDEO

 15:38 11.01.2023     236

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Lvova səfəri başlayıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının özü məlumat verib və müvafiq video yayımlayıb.

Onun səfəri Ukrayna əsgərlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. "Azadlığımız və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçənlərin hamısına həmd olsun! Ukraynaya şöhrət!" - deyə Zelenski Lıçakov qəbiristanlığından paylaşım edib.

Qeyd edək ki, Lvov hərbi dairəsinin rəhbəri Maksim Kozitski isə Ukrayna prezidentinin səfərinin fotosunu paylaşıb. "Zelenski Lvov vilayətinə səfərə gəlib. Onlar ilk növbədə Lıçakov qəbiristanlığının Mars sahəsində işğalçılar tərəfindən öldürülən əsgərlərin xatirəsini ehtiramla yad ediblər", - deyə o, bildirib.

Turan İSMAYIL

 

Зеленский во Львове / фото t.me/kozytskyy_maksym_official