İsveç FETÖ-çüləri Türkiyəyə təhvil verməkdən imtina etdi
İsveç ölkədə olan FETÖ terror təşkilatı üzvlərini Türkiyəyə təhvil verməyib.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlayıb.
O bildirib ki, İsveç FETÖ-çüləri təhvil verməkdən imtina edib.
"Bizə qapını bağlayana biz də qapımızı bağlayarıq", - deyə Bozdağ söyləyib.
Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin veto qoymaması üçün şərtlərindən biri bu ölkələrdəki terrorçuların Türkiyəyə verilməsidir.