İsrail prezidenti Ərdoğanı ölkəsinə səfərə dəvət etdi

 16:04 11.01.2023     251

İsrail Prezidenti İsaak Hersoq Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Hersoqun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail prezidenti Türkiyənin yeni səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul edərkən Ərdoğanı ölkəsinə səfərə dəvət etdiyini bəyan edib.

“Prezident Ərdoğan keçən il mənimlə söhbətlərində və ictimaiyyət qarşısında İsrail və Türkiyə arasında tərəfdaşlığın əhəmiyyətini vurğuladı və mən İsrail Dövlətinin Prezidenti kimi fürsətdən istifadə edərək Prezident Ərdoğanı İsrailə səfərə dəvət etmək istərdim. Mən əminəm ki, bu, ölkələrimiz arasında əlaqələri və əməkdaşlığı dərinləşdirəcək”, - Hersoqun mətbuat xidməti bildirib.

Turan İSMAYIL