Putin ordu ilə bağlı ƏMR VERDİ

Rusiya prezidenti Vladimir Putin ölkəsinin müdafiə qabiliyyətindən danışıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə ilin ilk hökumət iclasında danışıb.
O bildirib ki, operativ təhlükəsizliyi gücləndirmək üçün ordunu gücləndirmək lazımdır.
"Biz Rusiyanın müdafiə qabiliyyətini artıracağıq. İstənilən xarici təzyiqə baxmayaraq suveren inkişafın təmin olunması vacibdir", - deyə Rusiya prezidenti vurğulayıb.
Bundan əlavə, Putin baş nazir Mixail Mişustin hökumətinin 2022-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini əlavə edib.