"NATO-dakı ölkələr terrorçuları himayə edir” - Ərdoğan
“Bu gün NATO-da, BMT-də birlikdə olduğumuz ölkələr Türkiyədən qaçan terrorçuları himayə edir”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, "yaxşı terrorçu", "pis terrorçu" anlayışı yoxdur: "İndiyədək Türkiyənin terrorla mübarizəsinə çəp baxanların bundan sonra həqiqəti başa düşəcəyinə inanıram".
R.T.Ərdoğan xatırladıb ki, Türkiyə terrorla mübarizədə qonşu ölkələrə də kömək edir.
Türkiyə lideri Suriya məsələsindən də danışıb. Onun sözlərinə görə, Türkiyə, Rusiya, Suriya üçtərəfli təmasları nəticə verdikcə bu proses daha uğurlu olacaq: “Suriyada sabitlik təmin olunanadək biz qardaşlıq, dostluq vəzifəmizi yerinə yetirməyə davam edəcəyik”.