“Müdafiə qabiliyyətimizi artıracağıq" - Putin

 17:25 11.01.2023     356

“Biz ölkənin təhlükəsizliyinə və maraqlarına etibarlı təminat verəcəyik, müdafiə qabiliyyətimizi artıracağıq, silahlı qüvvələrin, "xüsusi hərbi əməliyyat"da iştirak edən bölmələrin təchizatı ilə bağlı bütün problemləri mütləq həll edəcəyik”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Eyni zamanda, pezident insanların rifahının yaxşılaşdırılmasına, Rusiyanın nəhəng potensialının üzə çıxarılmasına, beynəlxalq əlaqələrin genişləndirilməsinə yönəlmiş genişmiqyaslı sosial-iqtisadi proqramların və planların həyata keçirilməsinin davam etdiriləcəyini bildirib.

Həmidə İbrahimova