Ərdoğan Ukraynada humanitar dəhlizlərin yaradılması ideyasını dəstəklədi

 17:23 11.01.2023     238

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və digər bölgələrdə yaralıların döyüş bölgəsindən çıxarılması üçün humanitar dəhlizlərin təşkili ideyasını dəstəklədiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə çərşənbə günü Ankarada keçirilən ombudsmanların “21-ci əsrdə insan haqlarının gələcəyi” beynəlxalq konfransında çıxışı zamanı deyib.

"Türkiyənin İnsan Hüquqları üzrə Müvəkkili cənab Şeref Malkoç yaralıların çıxarılması üçün humanitar dəhlizlərin təşkili təşəbbüsü ilə çıxış edib və biz bunu dəstəkləyirik. Amma təkcə Rusiya və Ukrayna arasındakı vəziyyət kontekstində deyil, həm də Suriyada, Liviyada, Azərbaycanda baş verənlərlə əlaqədar olaraq. Biz oradan yaralıları qəbul edir, xəstəxanalarımızda müalicə edir və geri göndəririk”, - deyə Ərdoğan bildirib.

Turan İSMAYIL