Ərdoğandan Talibana sərt REAKSİYA: "Bizim dinimizdə belə bir şey yoxdur"

 18:09 11.01.2023     366

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qızların Əfqanıstanda təhsil almasına qadağa qoyulmasına reaksiya verib.

Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, Ərdoğan Əfqanıstandakı Taliban rəhbərliyinə kəskin ifadələr ünvanlayıb.

“Biz qızların məktəblərdə təhsil almasına mane olmaq anlayışını qeyri-islami görürük... Bizim dinimizdə belə bir şey yoxdur”, - Ərdoğan bildirib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) qadınların təhsil və işləmək kimi əsas hüquqlarından məhrum edilməsinə qarşı Talibanla dialoq aparmaq üçün Əfqanıstana alimlərdən ibarət nümayəndə heyəti göndərməyə hazırlaşır.

Xatırladaq ki, Taliban dekabr ayının 20-dən etibarən Əfqanıstandakı bütün dövlət və özəl universitetlərə göndərdiyi təlimatla qadın tələbələrin təhsilinin növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.

Nərmin VÜQARQIZI