Ukrayna "Leopard" tankları ilə bağlı istəyinə ÇATDI
"Leopard" tanklarının Ukraynaya tədarükü üçün beynəlxalq koalisiya yaradılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Lvovda ukraynalı və litvalı həmkarları Volodimir Zelenski və Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib.
“Beynəlxalq koalisiyanın yaradılması çərçivəsində Ukrayna üçün “Leopard” tankları təhvil veriləcək”, - Duda bildirib.
Onun sözlərinə görə, belə bir qərar Polşada hazırlanıb. İlk yardım paketinə 10 "Leopard" tankı daxildir.
“Biz ilk növbədə bunun beynəlxalq koalisiya olmasını istərdik və baxılması üçün “Leopard” tanklarının ilk paketini təqdim etmək təklifini verdik, ümid edirəm ki, ilk belə tanklar Ukraynaya göndəriləcək”, - deyə Polşa lideri əlavə edib.
Xatırladaq ki, Ukrayna bir neçə aydır ki, “Leopard” tankları istəyirdi. İlk növbədə, bu müraciətlər Almaniyaya ünvanlansa da, ölkə rəsmiləri sorğuları rədd edib.
Nərmin VÜQARQIZI