Kabildə partlayış oldu - 21 nəfər öldü
Kabilin mərkəzində yerləşən Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Bundan əvvəl isə Qətərin Əl-Cəzirə telekanalı 7 qurban və 10 yaralı barədə məlumat vermişdi.
Müvəqqəti Taliban hökumətində baş nazirlik aparatının rəis müavini Əhmədullah Müttəki özünün "Twitter" səhifəsində bir terrorçunun Xarici İşlər Nazirliyinə sızmağa cəhd etdiyini qeyd edib. Onun sözlərinə görə, hücum edən şəxs binanın qapısında mühafizəçilər tərəfindən aşkar edilib, bundan sonra o, partlayış törədib.
Nərmin VÜQARQIZI