Ukraynadakı işğalçı qüvvələrə yeni komandan təyin edildi

 19:49 11.01.2023     314

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya müdafiə naziri Sergey Şoyqu imzalayıb.

Aerokosmik Qüvvələrin baş komandanı Surovikin, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Salyukov və Kim onun müavinləri təyin olunub.