Ermənistanda polis bölməsinə qumbara atdılar
Ermənistanın Qeqarkunik rayonunda naməlum şəxs Vardenis rayon polis bölməsinə əldəqayırma qumbara atıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, partlayış zamanı xəsarət alan olmasa da, polis bölməsinin binasına ciddi ziyan dəyib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə-tibbi ekspertləri hadisə yerinə cəlb olunublar.
Kustar üsulla hazırlanmış qumbaranı kim tərəfindən, hansı şəraitdə atıldığını araşdıran operativ qrup yaradılıb.