Ruslar Zaporojyeyə yenidən raket hücümu etdi - FOTO

 10:20 12.01.2023     270

Ruslar Ukraynanın Zaporojye şəhərinə yenidən raket hücumu ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum yanvarın 12-nə keçən gecə baş verib, şəhərdə hava hücumu barədə həyəcan siqnalı verilib. 

"İnfrastruktur obyektlərinə ziyan dəyib. Hadisə yerində yanğın başlayıb. Artıq aidiyyatı xidmətlər hadisə yerində işləyir".

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Nərmin VÜQARQIZI

Zaporojyenin atəşə tutulması / photo t.me/kurtievofficial