Rusiyada koronavirusun yeni ştamı AŞKARLANDI
Rusiya Federasiyasının Penza vilayətində Rusiya ərazisində ilk dəfə Kraken tipli koronavirusa yoluxma halı aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu növ olduqca yoluxucudur.
Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı omikron ştamının XBB.1.5 subvariantını "indiyə qədər müəyyən edilmiş ən yoluxucu" virus adlandırmışdı.
Nərmin VÜQARQIZI