Nursultan Nazarbayev fəxri senator titulundan məhrum edildi
Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev fəxri senator titulundan məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “informburo.kz” məlumat yayıb.
Nazarbayev qızı Dariqa Nazarbayeva Senatın sədri olarkən ona bu fəxri ad verilib.
Konstitusya Məhkəməsinin qərarına əsasən, "Birinci Prezident - Elbası haqqında" qanun qüvvədən salınacaq. Konstitusiyadan fəxri senator titulunun çıxarılması səbəbi ilə ölkə parlamentinin reqlamentindən də bu hissə çıxarılıb.