Qaribaşvili İrəvana gedir
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İrəvana işgüzar səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan paytaxtında iki ölkənin baş nazirlərinin sədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Həmçinin Nikol Paşinyan və İrakli Qaribaşvili arasında ikitərəfli danışıqlar da planlaşdırılır.
Xatırladaq ki, iki ölkənin hökumət başçıları sonuncu dəfə 2022-ci ilin avqustunda sərhəddə, “Dostluq körpüsü” birgə layihəsinin açılış mərasimi çərçivəsində görüşüblər.
Nərmin VÜQARQIZI