Fransız deputatlar da İrəvana gedir

 11:27 12.01.2023     535

Fransa Milli Assambleyasının (MM) sədri Yael Braun-Pivetin başçılıq etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.

Redaktor.az xəbər verir ki, Braun-Pivet səfərlə bağlı ötən həftə "Twitter"də məlumat verib.

Məlumata görə, onlar Fransa parlamentinin dəstəyini bir daha təsdiqləmək üçün Ermənistana gedirlər.

Qeyd edək ki, noyabrın sonunda Fransa Milli Məclisi yekdilliklə Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyalar təklif edən qətnamə qəbul edib. Bundan əvvəl də Fransa Senatı da oxşar qətnamə qəbul etmişdi.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti də bu gün İrəvana səfər edəcək.

Nərmin VÜQARQIZI