Bu şəhərdə şaxta 73 dərəcəyə çatdı - nəfəs almaq çətinləşdi

 14:49 12.01.2023     847

Rusiyanın Krasnoyarsk şəhərinin Essey kəndində havanın temperaturu mənfi 73 dərəcəyə düşüb.

Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə yerli sakinlər məluat veriblər.

Onların sözlərinə görə, indiyə qədər kənddə havanın bu qədər soyuq olmasını xatırlamırlar:

"Şaxta o qədər güclüdür ki, nəfəs almaq çətinləşir. Küçədə çılpaq əllərinizlə bir dəqiqə belə dayana bilməzsiniz". 

Məlumata görə, Esseydə yalnız sosial obyektlərdə mərkəzi istilik sistemi var və belə soyuq havada elektrik enerjisi çatmadığından yerli sakinlər evlərini qızdırmaq üçün odunlardan istifadə edirlər.

Xatırladaq ki, bundan əvvəl sinoptiklər Yakutiya Respublikasında havanın temperaturunun mənfi 61 dərəcəyə düdüyünü bildiriblər. 

Nərmin VÜQARQIZI