Ermənistan vətəndaşları Gürcüstana şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər
Ermənistan vətəndaşları Gürcüstana, Gürcüstan vətəndaşları isə Ermənistana şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, müvafiq qərar hökumətin yanvarın 12-də keçirilən iclasında qəbul edilib.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, qərarla bağlı müvafiq risklər olsa da, bu istiqamətdə gürcü tərəfdaşlarla iş aparılacaq.
Qeyd edək ki, müqavilə üzərində iş 2020-ci ildə başlayıb.
Nərmin VÜQARQIZI