Respublikaçılar Baydenin impiçmentini tələb edir
ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları və Respublikaçılar Partiyasının üzvləri köməkçiləri prezidentlə əlaqəli olduğu iddia edilən daha bir məxfi sənədlər toplusunu aşkar etdikdən sonra Federal Təhqiqatlar Bürosunu (FTB) ABŞ lideri Co Baydenin yaşayış binasında axtarış aparmağa çağırıblar.
"Axtarış nə vaxtdır? Onların hamısını izləmək üçün aylar vaxtları var idi. Xüsusi prokuror hanı?"
Redaktor.az xəbər verir ki, bu barədə keçmiş prezidentin oğlu kiçik Donald Tramp Tvitter hesabında yazıb.
"FTB Baydenin tərəfdaşlarının Çin, Ukrayna və Rusiya ilə çox milyon dollarlıq sövdələşmələr etdiyini, həmçinin Baydenin vitse-prezident vəzifəsində çalışarkən qeyri-qanuni olaraq gizli sənədləri götürdüyünü bilir. İstintaq Bürosunun "Bayden" Mərkəzində və onun evindən axtarış aparmaması siyasi səbəbdir", - Respublikaçılar Palatasının nümayəndəsi Meri Miller deyib.
Amerikalı jurnalist Kley Travis də istintaqa daha çox diqqət yetirməyi tələb edib:"Co Baydenin yurisdiksiyasında olan yeni məxfi sənədlər tapıldı. FTB Baydenin bütün daşınmaz əmlakında axtarış aparmalı, o, impiçment elan edilməli və rüsvayçılıqla Ağ Evdən getməlidir."
Bundan əvvəl Donald Tramp FTB-nin Baydenin və Ağ Evin yaşayış binalarında axtarış aparacağına ümid etdiyini bildirib . Eks-prezident özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, tapılan sənədlər “mütləq məxfilikdən çıxarılmayıb”.
Tunar Altunbay