İsrail Ukraynaya görə Rusiya ilə münasibətləri korlamayacaq

 14:49 12.01.2023     352

Benyamin Netanyahunun başçılıq etdiyi yeni İsrail hökuməti Ukrayna ilə bağlı siyasətini dəyişməyəcək və Rusiya ilə münasibətləri korlamamaq üçün Kiyevə hərbi dəstək verməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" yazıb .

Adı açıqlanmayan İsrail rəsmisi qəzetə deyib: “İsrailin Ukrayna ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur.

Qəzet qeyd edir ki, bu baxımdan İsrail Kiyevə hərbi yardım göstərmək çağırışlarına müqavimət göstərməyə davam edəcək. 

Xatırladaq ki, Qərb yəhudi dövlətinin hakimiyyətinə “Dəmir günbəz” raketdən müdafiə sistemini Ukraynaya ötürməyi təklif edib.

Cons Hopkins Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Rafaella del Sartonun sözlərinə görə, İsrail Rusiyanı narahat etmək istəmir.

Xatırladaq ki, ötən il dekabrın 29-da İsrail parlamenti Likud lideri Benyamin Netanyahunun formalaşdırdığı hökumətin lehinə səs verib. 

Yanvarın əvvəlində İsrailin yeni xarici işlər naziri Eli Koen andiçmə mərasimində çıxış edərək Nazirlər Kabinetinin xarici siyasətinin əsas istiqamətlərini açıqlayıb. 

O, Ukrayna ətrafında yaranmış vəziyyətdən danışarkən vurğulayıb ki, bundan sonra İsrail bu problemlə bağlı “az açıq danışacaq”, lakin Kiyevə humanitar yardım göstərməyə davam edəcək.

Tunar Altunbay