Belarus müstəqilliyini Rusiyaya güzəştə getməyəcək - Lukaşenko

 15:20 12.01.2023     513

Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında deyib ki, inteqrasiyanın dərinləşdirilməsi üçün Rusiya ilə müttəfiqlik proqramlarının həyata keçirilməsi çərçivəsində tərəflər öz suverenliyinə güzəştə getmirlər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Sizi xəbərdar edirəm, Rusiya və ya Belarusun öz suverenliyindən imtina etməsi barədə heç bir söhbət olmayıb. Sadəcə olaraq, ehtiyac yoxdur. Biz hələ ki, Rusiya ilə əməkdaşlıq etdiyimiz formatı tam müzakirə etməmişik”, - deyə Lukaşenko qeyd edib.

Prezident bildirib ki, əgər tərəflər gələcəkdə dövlətlərin iqtisadiyyatının inteqrasiyası və yaxınlaşması baxımından nəyinsə çatışmadığını və əlavə qərarların qəbul edilməsinə ehtiyac olduğunu görsələr, o zaman müvafiq məsələlər müzakirə olunacaq. 

Lukaşenka cümə axşamı Belarus-Rusiya proqramlarının icrası ilə bağlı görüşə böyük məsul şəxsləri toplamasının səbəbini izah edib. "Belə ki, bəzi məsələlərin sizdən gizlin  həll olunduğunu düşünməyəsiniz, elə bir danışıq yoxdur ki, onlardan xəbəriniz də olmasın. Xeyr, bu proses açıq, dürüst və prinsipialdır. Üstəlik, zaman bizi bunların belə həllinə sövq edir”, - deyə Prezident əlavə edib. 

Tunar Altunbay