Moskva Ankara ilə razılaşmadı

 15:59 12.01.2023     573

Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh planı” ilə bağlı Türkiyənin qiymətləndirməsini bölüşmür, bu plan Moskva üçün qəbuledilməzdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz Türkiyənin Zelenskinin sülh planına verdiyi qiymətdən yaxşı xəbərdarıq. Biz onunla razılaşa bilmərik, Ankaranın Kiyev rejiminin bu təşəbbüsünü dəstəkləməsi çətin ki, Ukraynada sülhə nail olmaq üçün optimal yolların axtarışına kömək etsin, biz dəfələrlə bu planın ölkəmiz üçün qəbuledilməz olduğunu demişik”, - deyə XİN sözçüsü vurğulayıb.

Turan İSMAYIL