Konqresmenlər Zelenskinin büstünün Kapitoliyada qoyulmasına qarşıdır

 17:09 12.01.2023     297

Respublikaçılar Partiyasının bəzi üzvləri partiya üzvü Co Vilsonun ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna prezidenti Vladimir Zelenskinin büstünün qoyulması təklifini tənqid edib.

Redaktor.az xəbər verir ki, Vilson Konqresə Gözəl Sənətlər Şurasını "Kapitoliyada Nümayəndələr Palatasının qanadında yerləşdirmək üçün" Zelenskinin büstünü almağa məcbur edən qətnamə təqdim edib.

"Yox! Biz Ukraynaya yox, Amerikaya xidmət edirik!" - cümə axşamı "Twitter"də Corciya əyalətini Konqresdə təmsil edən Marjorie Taylor Qreen bu təklifə cavab verdi.

"Ukraynaya 100 milyard dollardan çox yardım kifayət etmədi?",- deyə digər respublikaçı konqresmen Endi Biqs "Twitter"də yazıb.

Tunar Altunbay