47 ölkənin rəhbəri Moldovaya yığışacaq

 23:41 12.01.2023     174

Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı Moldovada keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında məlumat yayıb.

O, zirvə toplantısının iyunun 1-də keçiriləcəyini bildirib. Mişelin sözlərinə görə, görüşün məqsədi sülhün möhkəmləndirilməsi və Avropanın ümumi maraqlarının müdafiəsidir.

Moldova Prezidenti Maya Sandu "Twitter" hesabında artıq 47 ölkənin dövlət və hökumət başçılarına rəsmi dəvətnamə göndərildiyini bildirib.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk iclası ötən ilin oktyabr ayında Avropa İttifaqına (Aİ) rəhbərlik edən Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib. Zirvə toplantısına Avropa İttifaqına üzv olan, üzv olmaq istəyən və istəməyən, əvvəllər təşkilatın üzvü olan bir çox ölkə dəvət olunub. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İsrail və Böyük Britaniyanın da dövlət və hökumət başçıları zirvə toplantısında iştirak edib.