Konqres Çinə neft satmağı qadağan etdi

 23:55 12.01.2023     294

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-ın strateji ehtiyatından Çinə neft satışına qadağa qoyan qanun layihəsini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, qanunun lehinə 331, əleyhinə 97 nəfər səs verib.

Sənəd noyabrda keçirilən aralıq seçkilərinin nəticələrinə görə 118-ci Konqresin Nümayəndələr Palatasında səs çoxluğu əldə etmiş ABŞ-ın Respublikaçılar Partiyasının təşəbbüsü ilə hazırlanıb.

Hakim Demokrat Partiyasından olan 97 deputat qanun layihəsinin əleyhinə olsa da, Nümayəndələr Palatasının 113 demokratı sənədi dəstəkləyib.

Bununla belə, Konqresin işini işıqlandırmaq üzrə ixtisaslaşan “The Hill” qəzetinin fikrincə, hazırkı təşəbbüs çətin ki, qanun kimi qüvvəyə minsin. Qəzetin proqnozlarına görə, sənəd demokratların nəzarətində olan Konqres Senatından keçə bilməyəcək.