Conson Ukraynaya səfər etməyi planlaşdırır

 09:59 13.01.2023     287

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yaxın zamanlarda Kiyevə səfər etmək niyyətindədir.

Redaktor.az "The Guardian"a istinadla xəbər verir ki, Conson prezident Vladimir Zelenski ilə görüşmək istəyir. 

Məlumata görə, hələlik səfərlə bağlı rəsmi məlumat yoxdur, Consonun sözçüsü bu barədə şərh verməkdən imtina edib.

Nəşr yazır ki, o, yaxın aylarda Kiyevə səfər edərək, Rusiya təcavüzkarlarına qarşı Ukraynaya ictimai dəstəyini nümayiş etdirmək niyyətindədir. B

Ukraynalı mənbələr də Consonun Kiyevə gələcəyini təsdiqləsə də, tarixlərlə bağlı hələlik konkret məlumat yoxdur.

Nərmin VÜQARQIZI