Elvis Preslinin qızı öldü
Elvis Preslinin yeganə qızı, amerikalı müğənni Liza Mari Presli 54 yaşında vəfat edib.
Redaktor.az “Tass”a istinadla xəbər verir ki, bu barədə onun anası Prisilla Presli jurnalistlərə açıqlamasında deyib.
"Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşməliyəm",- deyə o bildirib.
Məlumata görə, Liza Mari Kaliforniyanın Kalabasas şəhərindəki evində ölü tapılıb.
ABŞ mətbuatında 54 yaşlı Preslinin infarkt keçirdiyi bildirilib.
Həmidə İbrahimova