KİV: "İranın keçmiş müdafiə nazirinin müavini edam olunub"

 12:12 13.01.2023     335

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barəsində çıxarılan edan hökmü icra olunub.

Redaktor.az xəbər verir ki, bu barədə mühafizəkarlara aid olan “Sabrin News” saytı məlumat yayıb.

“İran İnternational” saytı isə bildirib ki, keçmiş nazir müavininin edam hökmünün icrası barədə şayiələr yayılıb.

Bununla belə, İranın məhkəmə hakimiyyəti hələ ki bu informasiyanı təsdiqləməyib. KİV-də onun ittihamları etiraf etməyə məcbur olunduğuna dair də məlumatlar yayılıb.

Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviter səhifəsində onun barəsində çıxarılan edam hökmünün siyasi motivli olduğunu bildirərək təcili azad edilməsini yazıb.