Rusiyanın Soledarı işğal etməsi təkzib edildi - YENİLƏNİB

 15:42 13.01.2023     528

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib. 

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, o, vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, - o deyib. 

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.

***

Rusiya ordusu Ukraynanın Soledar şəhərini ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən alınıb.

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri Soledarın ələ keçirilməsi zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə və bir helikopteri sıradan çıxarıb. 

Vumart və Güvən reklamı Vumart Güvən