Almaniya və Ermənistan prezidentləri bölgədəki vəziyyəti müzakirə etdi
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerla ermənistanlı həmkarı Vaaqn Xaçaturyan arasında telefon danışığı olub.
Redaktor.az “Sputnik Ermənistan"a istinadla xəbər verir ki, dövlət başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
V.Xaçaturyan Ermənistanın regionda sülhün yaranması üçün atdığı addımlardan danışıb.
Frank-Valter Ştaynmayer regionda sülhün yaranması üçün maksimum səy göstərməyə hazır olduqlarını bildirib.
Tərəflər bölgədə vəziyyətin tənzimlənməsi üçün fikir mübadiləsi aparıblar.