Rusiyanın keçmiş baş narkoloqu saxlanıldı

 19:44 13.01.2023     414

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Səhiyyə Nazirliyinin keçmiş baş psixiatr-narkoloqu Yevgeni Bryuna qarşı cinayət işi çərçivəsində Moskvanın Narkologiya Elmi-Praktik Mərkəzinin rəhbəri Sergey Koporovu saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Sergey Georgiyeviç Koporov saxlanılıb. Onunla birlikdə istintaq hərəkətləri aparıldıqdan sonra həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilməsi barədə qərar qəbul edilib", - məlumatda bildirilir.

Moskvanın Tverskoy Məhkəməsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Koporov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu ( yüksək məbləğdə fırıldaqçılıq) maddəsilə saxlanılıb.

Byrun isə Moskvanın Səhiyyə Departamentinin 20 milyon rublunu mənimsəməkdə və Moskvanın DZM Narkologiya Elmi-Praktik Mərkəzinə tibbi cihazları xeyli şişirdilmiş qiymətlərlə tədarük etməkdə ittiham olunur. Faktla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.

Bryun və bu iş üzrə ikinci müttəhim, Rusiya Narkoloji Liqasının vitse-prezidenti Vladimir Yakuşev ev dustaqlığındadır.

Tunar Altunbay